ATV-dən ayrılan Afaqın yeni iş yeri məlum oldu
7 Sentyabr 2021 07:54 MədəniyyətATV telekanalı ilə yollarını ayıran aparıcı Afaq Gəncəlinin çalışacağı yeni iş yeri məlum olub.
Uzun illərdir "ATV Maqazin onlarla" verilişinin aparıcısı olan Afaq yeni mövsümdə "Xəzər" TV-də çalışacaq.
O, maqazin və fərqli bir layihə ilə tamaşaçı qarşısına çıxacaq.
Məlumatı "Qafqazinfo"ya Afaq Gəncəlinin köməkçisi Cavid Mədətov təsdiqləyib.
Qeyd edək ki, A.Gəncəlinin ATV-dən ayrılma xəbərini axşam.az saytı yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31