"Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil" - Arif Quliyev

Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatla deyirəm ki, çöldəyəm, gözləyin, bir dəqiqə evə zəng edim görüm dəqiqdir?

Olaylar.az xəbər verir ki, bunu Xalq artisti Arif Quliyev ötən gün ölüm xəbərinin yayılması ilə bağlı moderator.az-a açıqlamasında deyib.

Xalq artisti bu cür şayiələrə artıq öyrəşdiyini bildirib:

"Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki. O qədər insan var. Təbii ki, bu şayiədir. Məni o qədər "öldürdülər" ki, artıq özüm də ölümümə inanıram. Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31