Röya Nailə Mirməmmədlinin ölümündən danışdı: "Ürəyi dözmədi"
4 Yanvar 2021 15:04 MədəniyyətSənət adamları Mirməmmədlinin evinə yollanıb. Onlar arasında Xalq artisti Röya Ayxan da yer alıb.
"Hər gün danışırdıq. Mənə deyirdi ki, pis olma, unudulacaq".
Olaylar.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan bu gün dünyasını dəyişən bəstəkar Nailə Mirməmmədli haqda danışarkən deyib.
"Elgizlə izlə" proqramına telefonla bağlanan müğənni göz yaşlarını saxlaya bilməyib:
"Gəlini və qızı ilə məscidə aparırıq. Bilmirəm nə deyim. Hər gün görüntülü danışırdıq. Deyirdi, möhkəm ol. Özünün ürəyi dözmürmüş. Hamıya qol-qanad gəlirdi, öz ürəyi partladı".
Qeyd edək ki, yaxınları onun infarkt keçirdiyini deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31