Nüşabə oynadı, sonra izləyiciləri təhqir etdi: Ağzını cırıb... - VİDEO

Son günlər rəqs videoları ilə gündəmə gələn müğənni Nüşabə Musayeva əsəbilərinə hakim ola bilməyib.

Müğənni etdiyi rəqslərə görə onu tənqid edənlərə cavab verib. Nüşabə sosial media istifadəçilərini təhqir etməkdən çəkinməyib.

"Mənim rəqslərim, geyimlərim, ifalarım, davranışım kimlərin anasını, bacısını, arvadını, qızını narahat edirsə, baxmasın. Pis, iyrənc, nifrət dolu təhqiramiz şərhlər yazanlar, ərdə ola-ola camaatın kişiləri ilə görüşən qadınlar, evindən, arvadından, uşağından bixəbər olub, arvad şotuna çöldə kişi kimi gəzən kişiciklər, taleyi gətirməyən bədbəxt insanlar, bacarıqsız, ona-buna möhtac olan kəslər, ata-anasından bixəbər qız uşağı adı ilə abırlı-hayalı gəzənlər, bədənini əşya kimi pula satanlar sizdən pis hərəkətlər edirəm? Mən müğənniyəm, oxuyuram, rəqs də edə bilərəm. Rəqs etmək nə vaxtdan əxlaqsızlıqdır?

Bəzi müğənnilər var ki, başqa profillərdən yazırlar. Onların hamısını araşdıracam. Tanıdığım kim çıxsa, məkanından aslı olmayaraq ağzını cırıb, elə də şəkilini çəkib paylaşacam. Mənim bu həyatda heç kimdən qorxum yoxdur. Özünüzə hörmət edin, yubka geyinənlərinizi az söydürün".

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31