Azərbaycanlı qız bakirəliyini şok qiymətə satdı

O, məqsədinin ABŞ-da ev almaq olduğunu da əlavə etmişdi.

23 yaşlı məşhur azərbaycanlı model Məhbubə Məmmədzadə bakirəliyini 2.6 milyon dollara (4.5 milyon manat) satıb.

Məhbubənin bakirəliyini Tokioda yaşayan bir yapon siyasətçiyə satdığı bildirilir. Ona ikinci ən yüksək məbləği isə Londonda yaşayan bir vəkil təklif edib. Üçüncü şəxs isə Münxenli futbolçu olub.

Qeyd edək ki, model bəkarətini ötən ilin avqustunda internet üzərindən satışa çıxardığını bildirmişdi. O, məqsədinin ABŞ-da ev almaq olduğunu da əlavə etmişdi.

Modelin İnstagramda 33 mindən çox izləyicisi var.

Məhbubə "Anamın məndən qürur duymasını istəyirəm" deyib.

Qeyd edək ki, o, ötən ilin əvvəlində İstanbulda Paris Hilton-da baş tutan dəfilədə podyuma çıxıb.

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31