Xalq artisti əməliyyatından danışdı: 8 saat davam etd

Xalq artisti Arif Babayev onurğa sütunundan əməliyyat olunub.

Bu barədə xanəndə özü məlumat verib. O, hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

"Yayda Qax rayonunda olanda yıxılmışdım. Həmin vaxt onurğa sütunum zədələnmişdi. Üstündən bir müddət keçəndən sonra onurğa sütunumda dəhşətli ağrılar başladı. Dekabrın 14-də əməliyyat olundum. Sağ olsun, Heydər Əliyev Fondu Türkiyədən həkim gətizdirdi, əməliyyat xərclərimi qarşıladı.

Əməliyyat çox ağır idi, 8 saat davam elədi. İndi yaxşıyam, maraqlanan hər kəs çox sağ olsun".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31