ART-Motiv layihəsi təqdim edildi

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verdi. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verdi. Olaylar.az bildirir ki, Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər.

Tədbiri giriş sözü ilə professor Buludxan Xəlilov açdı. O, ART-Motiv adlanan bu layıhənin Azərbaycanda bir ilk olduğuna diqqəti çəkərək dünya ədəbiyyatının motivasiyaedici nümunələrinin - Qabriel Qarsia Markezin " Vida məktubu", Maxatma Qandinin "Dua", "Avraam Linkolnun oğlunun müəlliminə məktubu", Antuan de Sent Ekzüperinin "Dua" və s.) daha yaxından tanıdılması və sevdirilməsi ilə yanaşı, yaş həddi olmadan hər kəsin, xüsusilə formalaşmaqda olan gənclərin mənəvi dünyasının daha da zənginləşməsi üçün nəzərdə tutulduğunu qeyd etdi. Belə nümunələrin cəmiyyətdə oynayacağı rolun böyüklüyündən danışdı.

Daha sonra layihənin ideya müəllifi və rəhbəri Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirli söz alaraq əsas məqsədin yeni texnoloji imkanların və effektlərin qazandırdığı üstünlüklərdən yararlanaraq təqdim olunan nümunələrin təsir gücünü bir qədər də artırmaq, bununla da cəmiyyətin hər bir üzvünün həyata baxışlarının daha aydın, daha işıqlı, daha keyfiyyətli, cəmiyyətin və dövlətimizin maraqlarına uyğun olaraq daha pozitiv notlarda köklənərək ən doğru istiqamətə yönəlməsinə kömək etmək olduğunu vurğuladı.

Layihədə təqdim oluan video materialların texniki həllini həyata keçırən rejissor Namiq Zeynalov sözün, səsin və vizual effektlərin harmoniyasını necə yaratmağa çalışdığı barədə danışdı.

Layihənin 4 video materialının nümayişindən sonra çıxışlarda yer alan AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, katibi Nərgiz Xələf, tanınmış şair- sosioloq Əhməd Qəşəmoğlu, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü Azər Həsrət, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrail İsgəndərov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, filoloq Firudin Qurbansoy, jurnalist Zərnişan Turan , BDU-nun professoru Fəraət Əhmədova söz aldı. Çıxışçıların hər biri materialların təqdimat üslubunun çox təsirli olduğunu, məzmunun belə təqdimatda verilməsinin duyğu vasitələrinə xitab etdiyindən daha qalıcı və düşündürücü olduğu fikrini vurğuladılar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31