Teleaparıcı: “ 10 ildir əllərimi yumuram...”
12 Fevral 2019 14:22 MədəniyyətABŞ-ın ən böyük telekanallarından olan Fox-un xəbər aparıcısı Pete Heqset canlı efir zamanı 10 ildir əllərini yumadığını deyib.
Harvard Universitetində aspirantura bitirən Heqset gözü ilə görmədiyi üçün mikrobların real olmadığını düşündüyünü söyləyib:
"İnsanların cibində əl təmizləmək üçün maye sabun daşıyan bir cəmiyyətdə yaşayırıq. Əllərini gündə 19 min dəfə yumaqla özlərini xilas edəcəklərini düşünürlər. Əlbəttə, özümə baxıram, amma bir o qədər beynimə salmıram".
Qeyd edək ki, bir televiziya kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp mikroba qarşı həssas olduğunu demiş, insanların lazımsız yerə əl verərək görüşməsindən şikayətlənərək mümkün qədər tez-tez əllərini yuduğunu da bildirmişdi.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31