Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
Yanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” iki hissəli operettasının növbəti nümayişi Respublikanın görkəmli kino və teatr artisti, mərhum Ofeliya Aslanın 80 illik yubileyinə həsr ediləcək.
21 Yanvar 2019 12:59 MədəniyyətYanvarın 25-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" iki hissəli operettasının növbəti nümayişi Respublikanın görkəmli kino və teatr artisti, mərhum Ofeliya Aslanın 80 illik yubileyinə həsr ediləcək.
Olaylar.az bildirir ki, səhnə əsərində rolları Azərbaycan Respublikasının Əməkdar artistləri Əzizağa Əzizov, Nərgiz Kərimova, Əkbər Əlizadə, aktyorlar Səmədzadə Xasıyev, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Ruslan Mürsəlov oynayacaqlar.
Tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı istedadlı aktrisanın yaradıcılıq yolu barədə çıxış edəcək.
Özünəməxsus ifası ilə hər zaman tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanan, sevilən aktrisa vaxtı ilə bu tamaşada həyat yoldaşı - böyük gülüş ustası Səyavuş Aslanla (Vəli) tərəf-müqabili olmuş, Telli rolunu ifa etmişdir.
Qeyd edək ki, Ofeliya Aslan mayın 18-də 2010-cu ildə 71 yaşında vəfat etmişdir.