Azərbaycan “Berlinale Talents” proqramında təmsil olunacaq
Olaylar.az bildirir ki, 7-17 fevral tarixlərində Almaniyada, həmçinin “Berlinale” kimi tanınan, dünyanın ən nüfüzlu festivallarından biri olan 69-cu Berlin Film Festivalı baş tutacaq. 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinomatoqrafiyasının ən gözlənilən mədəni tədbirlərdən biri hesab edilən “Berlinale” festivalında 400-dən çox “müəllif” ve “intelektual” filmlər nümayiş etdirilir.
18 Yanvar 2019 16:36 MədəniyyətOlaylar.az bildirir ki, 7-17 fevral tarixlərində Almaniyada, həmçinin "Berlinale" kimi tanınan, dünyanın ən nüfüzlu festivallarından biri olan 69-cu Berlin Film Festivalı baş tutacaq. 1951-ci ildən etibarən hər il keçirilən, dünya kinomatoqrafiyasının ən gözlənilən mədəni tədbirlərdən biri hesab edilən "Berlinale" festivalında 400-dən çox "müəllif" ve "intelektual" filmlər nümayiş etdirilir.
Festival çərçivəsində, 9-14 fevral tarixlərində baş tutacaq "Berlinale Talents" beynəlxalq kino proqramına ölkəmizi təmsil edəcək həmyerlimiz Samirə Əsgərova da dəvət alıb. O, dünyanın ən böyük kino sərgilərindən biri olan Avropa Film Bazarında iştirak edib, əcnəbi distribütorla görüşüb Azərbaycanla potensial əməkdaşlığı müzakirə edəcək.
Həmyerlimiz bu proqramda iştirak üçün 130 ölkədən olan 3400 ərizəçi arasından seçilib.
Qeyd edək ki, Samirə Əsgərova Azərbaycanın aparıcı yayım distribusiya şirkəti olan "Cinema Distribution"-da yerli və xarici filmlərin kinoteatrlarda nümayişinin təşkili ilə məşğul olur.