Süleyman Ələsgərovun “Qarabağ” adlı ədəbi-bədii gecəsi keçiriləcək
Fevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş “Qarabağ” adlı ədəbi-bədii gecə keçiriləcək.
18 Yanvar 2019 13:57 MədəniyyətFevralın 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, professor, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş "Qarabağ" adlı ədəbi-bədii gecə keçiriləcək.
Olaylar.az bildirir ki, "Mədəniyyət" kanalının təşkilatçılığı ilə keçirilən konsertdə unudulmaz sənətkarın bəstələdiyi əsərlər səsləndiriləcək. Konsertdə Süleyman Ələsgərovun musiqisevərlər arasında sevilən "Gözəl Şuşa", "Gözlə məni", "Xəyala dalarkən", "Düşüncə", "Bilsəm sən gəlirsən", "Neylərəm", "Gözləyirəm", "İlk xatirə" və digər mahnıları, romansları incəsənət ustalarının ifasında təqdim olunacaq.
Əsərləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoyan, dahi Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan Süleyman Ələsgərov milli mədəniyyətimizə bənzərsiz musiqi əsərləri bəxş edib.