Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynovanın “Seçilmiş Əsərləri”nin ikicildliyi işıq üzü görüb

“Elm və təhsil” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, “Türkiyə-Avrasiya Yazarlar Birliyi”nin üzvü, şair, publisist, dramaturq, ictimai xadim Xəzangül Hüseynovanın “Seçilmiş Əsərləri”nin ikicildliyi 328 səhifə həcmində işıq üzü görüb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi, "Türkiyə-Avrasiya Yazarlar Birliyi"nin üzvü, şair, publisist, dramaturq, ictimai xadim Xəzangül Hüseynovanın "Seçilmiş Əsərləri"nin ikicildliyi 328 səhifə həcmində işıq üzü görüb.

Kitaba müəllifin müxtəlif illərdə qələm aldığı şeirləri daxil edilib. Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə şairə Xəzangül Hüseynovanın "Qaya üstə bitən çiçək" (1988), "Yeddinci göylə söhbət" (1996), gürcü dilində "Ekvebi" (1998), "Ömür şikəstəsi" (1998), "Günəş məni aldadır" (2000), "Könlümdən baxan günəş" (2008), türk dilində "Bitmeyen hazan" (2008), "Özümü axtarıram" (2015), "Seçilmiş əsərləri I cild" (2017), "Zaveşanie boqu" (2018) kitabları nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının diqqətinə çatdırılmışdı.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31