Beynəlxalq Muğam Mərkəzində xalq artisti Amaliya Pənahovanın xatirə gecəsi

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktirisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunan "Mən aktirisa olmaq üçün dünyaya gəldim..." adlı tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyi, "Mədəniyyət" kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə "Söz" ədəbi layihəsi çərçivəsində reallaşıb. Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barəsində xatirəsini bölüşüb. Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amaliya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Milli Məclisin deputatı Qənirə Paşayeva və başqaları Azərbaycan teatr və kino sənətində Amaliya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazla qalereyasından söhbət açıblar.

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31