Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş film
Mədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik Kinosu Həftəsi” çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin “Alı Zirvəsi” sənədli filminin təqdimatı olub.
17 Yanvar 2019 14:10 MədəniyyətMədəniyyət Nazirliyinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənpərvərlik Kinosu Həftəsi" çərçivəsində Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Qəhrəman məşhur telejurnalist, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevin əziz xatirəsinə həsr olunmuş rejissor Kamalə Musazadənin "Alı Zirvəsi" sənədli filminin təqdimatı olub.
Olaylar.az bildirir ki, tədbirdə Cəmşid Naxçıvanski adına hərbi liseyin şöbə rəisinin müavini, mayor Natiq Rəhimov və liseyin kursantları, BDU-nun jurnalistika fakültəsinin müəllimi, professor Nəsir Əhmədli, "Xalq Qəzetini"nin baş redaktorunun müavini Tahir Aydınoğlu, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Məmmədov, KİV nümayəndələri və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər. Tədbir iştirakçıları Mərkəzin "Muzey" bölməsi ilə tanış olublar, ulu öndərin büstünü ziyarət ediblər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və 20 yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad edilib.
Aparıcı Azər Zeynalzadə qeyd edib ki, 1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində digər faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü olduğunu bildirib, həmçinin qəhrəman Alı Mustafayevin həyat haqqında danışıb.
Daha sonra film tamaşaçılara təqdim olunub. Sonda Milli Qəhrəmanın bacısı Maral Mustafayeva öz ailəsi adından tədbir təşkilatçılarına və filmin çəkilişində əməyi keçənlərə təşəkkürünü bildirib.