Sənət Mərkəzində “Unutsaq unudularıq” adlı rəsm sərgisi

Yanvarın 16-da Xətai Sənət Mərkəzində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş "Unutsaq unudularıq" adlı rəsm sərgisi açılacaq.

Xətai Sənət Mərkəzindən Olaylar.az-a  bildirilib ki, sərginin açılmasında məqsəd 20 Yanvar faciəsinin dəhşətlərini rəsm əsərləri vasitəsilə nümayiş etdirməkdir.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri də iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31