Filarmoniyada “Violino musiqisi axşamı” keçiriləcək
Yanvarın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Violino musiqisi axşamı” keçiriləcək.
14 Yanvar 2019 13:54 MədəniyyətYanvarın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Violino musiqisi axşamı" keçiriləcək.
Olaylar.az bildirir ki, musiqili gecədə bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, eləcə də Xalq artisti, professor Zəhra Quliyeva və şagirdləri çıxış edəcək.
Konsert proqramında solistlər, beynəlxalq müsabiqələr laureatları - Səbinə Quliyeva, Aydan Salamova, Fəridə Rüstəmova, Nəzrin Aslanlı, Xədicə Mirqulamlı, Ləman Əsədova, Çinarə Əzimova və Osman Mustafazadə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31