Zeynal Cabbarzadənin yaradıcılıq gecəsi
14 Yanvar 2019 13:20 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert tanınmış şair-publisist Zeynal Cabbarzadənin yaradıcılığına həsr olunub.
Olaylar.az bildirir ki, tədbir "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
Konsertdə tanınmış ifaçılar tərəfindən parlaq və şən mahnılar səsləndirilib. İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edib.
Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31