Muğam Mərkəzinin 10 illiyi qeyd olunacaq
27 Dekabr 2018 13:14 MədəniyyətDekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin 10 illiyi qeyd ediləcək.
Olaylar.az bildirir ki, tədbirdə əvvəlcə mərkəzin muzey hissəsində "Qədim musiqi alətləri ekspozisiyası"nın təqdimatı olacaq. Sonra görkəmli muğam ustadlarının büstlərinin qarşısında "İnteraktiv lövhələr" təqdim ediləcək. Ardınca "Müasir musiqi alətləri ekspozisiyası"nın təqdimatı keçiriləcək. Həmçinin foyedə "Əsrlərin sədası" ansamblı çıxış edəcək.
Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzinin salonunda muğam konserti ilə davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31