Qara Qarayev haqqında kitab

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın “Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar” kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Mədəniyyət Nazirliyi tərəfindən Munisə Abdullayevanın "Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalar" kitabı çap edilib. Kitab Azərbaycan Prezidentinin "Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında" 17 oktyabr 2017-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planına uyğun olaraq işıq üzü görüb.

Olaylar.az bildirir ki, 3 fəsildən ibarət kitabda Qara Qarayevin kamera-instrumental yaradıcılığında polifonik formalardan bəhs edilir.

"Şərq-Qərb" nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilmiş kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31