Sumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçısını təbrik etdi
Sumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
24 Dekabr 2018 18:01 MədəniyyətSumqayıt Dövlət Dram Teatrının kollektivi ölkə başçısı cənab İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Möhtərəm cənab Prezident! Sumqayıt Dövlət Dram Teatrının kollektivi doğum gününüzü və qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni-2019-cu il münasibətilə ürəkdən təbrik edir, ölkəmizin sürətlə çiçəklənməsi sahəsində tükənməz fəaliyyətinizdə və şəxsi həyatınızda Sizə uğurlar arzulyır. Müasir Azərbaycan dövlətçiliyinin inkişafı, Respublikamızın dünya arenasında yetərincə tanınması məhz Sizin yorulmaz fəaliyyətinizlə bağlıdır. Qürur duyuruq ki, çalışdığımız teatr sənəti də bilavasitə Sizin yüksək diqqət və qayğınız sayəsində gündən-günə inkişaf edir.Kollektivimizin müasir standartlara uyğun, əsaslı təmir olunmuş binada fəaliyyət göstərməsi,sənət adamlarının fəxri adlarla, mükafatlarla təltif edilməsi bunun bariz nümunəsidir.
Cənab Prezident! Sizi bir daha ad gününüz münasibətilə ürəkdən təbrik edir, xalqımızla birgə tezliklə qələbə sevinci yaşamağınızı arzu edirik."
Hörmətlə,
Sumqayt Dövlət Dram Teatrı kollektivi adından
Teatrın direktoru Mübariz Həmidov
Azərbaycan Respublikasının Əməkdar artisti