İstedadlı gənclər Muğam Mərkəzinin səhnəsində

Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Olaylar.az bildirir ki, tədbir  Muğam Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşmışdır.

Konsertdə Ə.Əzizovun "Skertso", G.Belştadtın "Napoli", K. Veberin "Sehrli oxatan" operasından ovçuların xoru, P.Çaykovskinin  "İlin fəsilləri"silsiləsindən "Noyabr", F. Şopenin "Etüd", T. Quliyevin "Görüş" k/f-dən mahnı, V. Adıgözəlovun "Lay-lay", F.Əmirovun "1001 gecə" baletindən rəqs, C. Cahangirovun "Yenilməz batalyon" k/f-dən "Köhlən atım" mahnısı, H.Xanməmmədovun "Yaşa könül", Niyazinin "Rast" simfonik muğamından fraqmentlər və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının  əsərləri səsləndi.

Gecədə məktəbin, gəncliklərinə baxmayaraq artıq bir neçə Respublika və Beynəlxalq müsabiqələrin laureatı adlarını qazanmış istedadlı şagirdləri görkəmli bəstəkarların əsərlərini məharətlə  ifa edərək tamaşaçıları sevindirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31