Əliağa Vahid “Qəzəllər” layihəsində xatırlandı

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin “Qəzəllər” layihəsi çərçivəsində şair-qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin qəzəllərindən ibarət konsert olub. Olaylar.az bildirir ki, konsertdə əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva Əliağa Vahidin qəzəllərinə “Rast” dəstgahını ifa etdilər.

Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  "Qəzəllər" layihəsi çərçivəsində  şair-qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin qəzəllərindən ibarət konsert olub. Olaylar.az bildirir ki, konsertdə əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva Əliağa Vahidin qəzəllərinə "Rast" dəstgahını ifa etdilər.
Xanəndələri tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurov, nağarada Yusif Əzizov müşayiət edirdilər. Əliağa Vahidin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər konserti unudulmaz və rəngarəng etdi.  Tədbir qəzəlsevərlər üçün çox maraqlı keçdi  və gur alqışlarla qiymətləndirildi. 
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin "Qəzəllər" layihəsinin hər təqdimatında tanınmış və gənc xanəndələrin ifasında tamaşaçılara  qəzəl üslubunda gözəl poeziya nümunələri yaratmış dahi Azərbaycan klassik şairlərinin əsərlərinin təqdim edilməsi davam edəcək.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31