Azərbaycan Xəzəryanı ölkələrin XXV yubiley festivalında

Rusiya Federasiyasının Həştərxan şəhərində gənc maestroların "Zolotoy klyuçik" adlı Xəzəryanı ölkələrin XXV yubiley festivalının qala konserti keçirilib.

Olaylar.az bildirir ki, konsertdə Rusiya Federasiyası, Azərbaycan, Dağıstan və Qazaxıstandan olan iştirakçılar çıxış ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzinin "Məkan" rəqs ansamblı konsertdə uğurla çıxış edib. Rəqs ansamblı laureat adını qazanıb və Diplomla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31