Mehdi Məmmədovun 100 illiyi qeyd olundu

Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Akademik Milli Dram Teatrında Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində görkəmli sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.

Tədbirdə əvvəl jurnalistlərə müsahibə verən mədəniyyət naziri Əbülfəs Qarayev Mehdi Məmmədovun bənzərsiz sənət dünyasından söz açıb. Bildirib ki, ölkə başçısı cari ilin 23 aprel tarixində "Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən görkəmli rejissorun yubileyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməkdədir. Nazir vurğulayıb ki, 2019-cu ildə də ölkəmizdə bir-birindən rəngarəng mədəni tədbirlər keçiriləcək, görkəmli ədiblərimizin yubileyləri dövlət səviyyəsində qeyd olunacaq.

Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirib ki, bütün sahələrdə olduğu kimi Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan sənətkarların qiymətləndirilməsi, o sənətkarların keçdiyi yaradıcılıq yolunun, ölkə mədəniyyətinə verdiyi töhfələrin dəyərləndirilməsi, onların əziz xatirəsinin yad olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

Mədəniyyət nazirinin birinci müavini son illər ölkəmizdə teatrlara göstərilən dövlət qayğısından, sənət adamlarının qazandığı uğurlardan, sənət ocaqlarının beynəlxalq əlaqələrindən də geniş söz açıb.

Sonra Mehdi Məmmədovun quruluş verdiyi və oynadığı tamaşalardan parçalar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31