“Yaradanlar və yaşadanlar” layihəsində yeni il buraxılışı

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub.

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert Dünya  Azərbaycanlılarının  Həmrəyliyi  Günü  və  Yeni  il bayramına həsr olunub. 

Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  xalq artistləri - Nəzakət Teymurova - "Bir gül sevdim", Nazpəri Dostəliyeva  -"Axı mən neyləyərəm", əməkdar artistlər - Almaz Orucova -"Nə gözəldir", Rəşad İlyasov -"Eşqimi sönməyə qoymaram", Bəyimxanım Vəliyeva -"Azərbaycanım",  Azərbaycan Televiziyası və Radiosunun solistləri-  Rəvanə Əmiraslanlı -"Qəşəngdir", Rövşən Əziz -"Təzə il", Ayşən Mehdiyeva -"Gəl belə naz etmə" mahnılarını ifa etdilər. 

İfaçıları  xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbiri əməkdar artist Rəşad İlyasov aparırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31