İrəvan teatrından “Xocalıya ədalət!” kampaniyasına töhfə

İrəvan Dövlət Azərbaycan Dram Teatrı dekabrın 25-də Rus Dram Teatrının səhnəsində yazıçı-dramaturq Sabir Şahtaxtının eyniadlı pyesi əsasında hazırlanmış "Ölüm həsrəti" tamaşasının premyerasını təqdim edəcək.

Olaylar.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, bədii rəhbəri Əməkdar artist Sərvər Əliyev, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Rəşid Rzayev, aktyorlar Bəhruz Hikmətoğlu, Niyaməddin Səfərəliyev, Güney Əliyeva, Rövşən Cəfərov, Natiq Həziyev, Məhərrəm Musayev, Səmayə İsmayılova, Nicat Mirzəzadə, Əmirulla Nurullayev, Məmməd Zeynalov və Arzuman Tanrıverdiyev çıxış edəcək.

Tamaşa ilə bağlı fikirlərini bölüşən teatrın direktoru, şair-dramaturq İftixar Piriyev bildirib ki, İrəvan teatrı həmişə milli-vətənpərvərlik mövzularını diqqətdə saxlayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31