Kukla Teatrından uşaqlar üçün maraqlı tamaşa

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kollektivi tamaşaçıların çoxsaylı müraciətlərini nəzərə alaraq uşaqların yeni il tətilini şən və yaddaqalan etmək üçün sevimli cizgi film qəhrəmanı Maşa və Ayını səhnədə nümayiş etdirəcək.

Olaylar.az bildirir ki, cizgi filminin motivləri əsasında "Maşa və Ayının qış nağılı" adlı tamaşa təqdim olunacaq.

Tamaşanın və quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev olan musiqi tərtibatlı tamaşada əsas ideya dostlara qayğı, təbiətə sevgi, səmimiyyət və fədakarlıqdır.. Rəngarəng səhnə tərtibatı, işıq effektləri və müxtəlif kukla texnikalarının tətbiq olunduğu birhissəli tamaşada Şaxta Baba (Elxan İsmayılov) və Qar Qızdan (Səbinə Haqverdiyeva) başqa bütün personajlar kuklalar olacaq. Səhnə işində obrazları Cəmilə Allahverdiyeva, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və Ramiz Qəmbərov ifa edəcəklər.

Qeyd edək ki, dekabrın 26-dan yanvarın 6-dək hər gün 4 seans olmaqla (12, 14, 16, 18:00) nümayiş olunacaq tamaşanın biletlərinin qiyməti 3 manatdır. Biletlər  dekabrın 20-dən etibarən satışa çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31