Emiliya “Eurovision”a namizəddir
17 Dekabr 2018 18:51 MədəniyyətBir neçə həftədir ki, İctimai Televiziya "Eurovision- 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib.
Həmin siyahıda bir çox məşhur simalara da rast gəlmək mümkündür. Kastinqdə iştirak edən məşhurlardan biri "O səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Emiliya Yaqubovadır.
Bu barədə "Eurovision Azerbaijan Fan Club (12 xal)" instaqram səhifəsi məlumat yayıb. O, gələn il İsraildə keçiriləcək müsabiqədə adı məlum olan ilk namizəddir.
Bundan əlavə, siyahıda "Səs Azərbaycan" layihəsi ilə populyarlaşan Samirə Əfəndiyevanın adı olsa da, hələlik bu məlumat öz təsdiqini tapmayıb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31