Muğam Mərkəzində film premyerası

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi  ilə əlaqədar  keçirilən  tədbirlər  çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.
Olaylar.az bildirir ki, nümayişdən əvvəl  Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirdi.
Sonra filmin premyerası keçirildi. Məktəbin tarixi, fəaliyyəti və ənənələri haqqında hekayə edən  bu sənədli film  məktəbin bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələrinə əsaslanaraq, hər dövrün ən yadda qalan anlarını əhatə etmişdir.         
Premyeradan sonra məktəbin şagirdlərinin  ifasında D.Dadaşovun, S. Prokofyevin, H.Venyavskinin, Q. Qarayevin, A. Məlikovun, A. Şnitkenin, T. Quliyevin əsərlərindən ibarət gözəl konsert keçirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31