Milli Qəhrəman Dram Teatrın səhnəsində yad olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə “Xəcalət” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə təqdim edilib.
17 Dekabr 2018 13:46 MədəniyyətAzərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə "Xəcalət" tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə təqdim edilib.
Tamaşanın nümayişindən əvvəl Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini Hacı İsmayılov Milli Qəhrəmanımızın keçdiyi döyüş yolundan danışıb. Yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən "Xəcalət" tamaşasının quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Xalq artisti Səyavuş Kərimidir.
İkihissəli müasir dram olan tamaşada rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əlvida Cəfərov, Məzahir Cəlilov və aktrisa Xədicə Novruzlu ifa edib.
Nümayişdən sonra Xalq artisti Nurəddin Mehdixanlı Koroğlu Rəhimovun qəhrəmanlığı, millət, vətən sevgisi haqqında fikirlərini tamaşaçılarla bölüşüb.