“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun 30 illiyi qeyd olunacaq

Bu il “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasının 30-cu ili tamam olur. Bu məqsədlə dekabrın 18-də “Qala Abşeronun Tarixi- Etnoqrafik İrsi” adlı tədbir keçiriləcək.

Bu il "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasının 30-cu ili tamam olur. Bu məqsədlə dekabrın 18-də "Qala Abşeronun Tarixi- Etnoqrafik İrsi" adlı tədbir keçiriləcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğundan  bildirilib ki, iki hissədən ibarət tədbirin birinci hissəsində Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun direktoru Məlahət Fərəcova rəhbəri olduğu qurumun 30 illik fəaliyyəti haqqında ətraflı məlumat verəcək. Həmçinin kəndin ağsaqqalları tədbirdə iştirak edərək tarixi irs haqqında qonaqları məlumatlandıracaqlar. Tədbirin ikinci bədii hissəsində musiqili proqram nəzərdə tutulur. Bununla paralel olaraq qonaqlar Bakı kəndlərinə məxsus olan milli yeməklərimizdən sayılan düşbərənin hazırlanması və ocaq üstündə bişirilməsi prosesində iştirak edəcəklər.

Qeyd edək ki, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu daim dövlətin diqqəti altında olan böyük əhəmiyyətli abidələrimizdən biridir. Qoruq unudulmuş, qədim adət-ənənələrin etnoqrafik material kimi bir yerdə cəmləşmə unikallığı ilə seçilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31