Nadirin evində oğurluq olub: “50 min dolları apardılar” - Video

Müğənni Nadir Qafarzadənin evindən 50 min dollar pul oğurlanıb.

İfaçı bu barədə "5/5" verilişində danışıb.

O bildirib ki, oğurluq ilyarım öncə baş verib: "Mən heç kimin haqqına girməyi xoşlamıram. Evimdən oğurluq olmuşdu. Qohumumdan şübhələndim. Elə bildim, o edib. Sonradan zəng edib o xanımdan üzr istədim. Yalan yerə babal yudum.

Heç demə, o etməyibmiş. Ad çəkə bilmərəm. 50 min dollara yaxın pul idi. Həyat yoldaşım mənə dəstək oldu. Dedi, yəqin o pul getməli imiş. Ona görə şükür edirəm.

O pul itən vaxtlarda gecələr yuxu dərmanı ilə yatırdım. Utandığım üçün evimə polis gətirmədim".

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31