Uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Doğma diyar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 19 dekabr saat 16:00-da və 20 dekabr saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində "Doğma diyar" Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 19 dekabr saat 16:00-da və 20 dekabr saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə keçirilən müsabiqədə 17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının obrazlarını və s. öz duyğuları ilə tablolarında əks etdirmişlər.

Müsabiqədə 700 yaxın uşaq, 1800-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaş arası 135 uşaq 140 işi sərgilənəcək.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar. Həmçinin sərgidə ayrı-ayrı təşkilatların müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq.

Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31