IX Beynəlxalq Klassik Musiqi Festivalının yekun konserti

Beynəlxalq Muğam Mərkəzində “Future Stars 2018” IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzində "Future Stars 2018" IX Beynəlxalq Klassik Musiqi Festivalının müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti keçirilib.

Olaylar.az bildirir ki, festival Bülbül adına orta ixtisas musiqi məktəbi və Gürcüstanın İncəsənət Xadimlər Birliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdu.

Festivalda 3 ölkənin təmsilçiləri iştirak etmişdi. Azərbaycandan 53 iştirakçı, Gürcüstandan - 23 və İrandan 4 iştirakçı.

Tədbiri açan Azərbaycan tərəfdən festivalın təşkilatçısı Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, xalq artisti Teymur Göyçayev və Gürcüstan tərəfdən festivalın təşkilatçısı Gürcüstanın İncəsənət Xadimlər Birliyinin rəhbəri Nino Kupatadze çıxış edərək qeyd  etdilər ki, bu çətin və eyni zamanda gözəl 4 gün ərzində gənc ifaçılar öz bacarıqlarını göstərə bilmiş və layiqincə qiymətləndirilmişdilər.  Onların ifalarından zövq  aldıqlarını və gələcəkdə  müxtəlif  nüfuzlu  beynəlxalq müsabiqələrdə  ölkələrini  layiqincə təmsil edə biləcəklərinə əmin olduqlarını bildirdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31