Gülxar Həsənovanın xatirəsi anıldı
11 Dekabr 2018 14:09 Mədəniyyətİkinci Fəxri xiyabanda Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti Gülxar Həsənovanın xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 100 illiyinə həsr olunub.
Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Gülxar Həsənovanın məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.
Anım mərasimində Əməkdar incəsənət xadimləri Sərdar Fərəcov, Hafiz Quliyev və başqaları çıxış edərək görkəmli sənətkarın mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Prezident İlham Əliyevin bu il avqustun 15-də imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir, xatirəsi ehtiramla anılır.
Sonda ailəsi adından mərhumun bacısı oğlu Mayıl Əliyev çıxış edərək tədbirin iştirakçılarına təşəkkür edib.