Röya Aygünə söz atdı: “Bu mükafatı ilk gətirən…”
10 Dekabr 2018 15:26 MədəniyyətƏməkdar artist Röya Ayxan "Altın kelebek" mükafatlandırma gecəsindən yazıb.
Dərgi.az-ın məlumatına görə, müğənni ötən il mükafatlandlırma gecəsindəki çıxışını paylaşaraq bunları qeyd edib:
"Əminəm ki, hər il bunu bizə yaşadan layiqli və istedadlı biri olacaq. Qəbul edin ki, sizi ürəkdən təmsil edirəm və qeyd edim ki, tək Allah şahiddir, can atmadan bütün gözəlliklər önümə çıxır. Media bu mükafatı ilk gətirən Röyanı unutmasın".
Xatırladaq ki, bu il "Azərbaycanda ilin qadın müğənnisi" nominasiyasına xalq artisti Aygün Kazımova layiq görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31