Muğam Mərkəzində “Sarı simin lisanı” adlı konsert

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakultəsinin “Xalq çalğı alətləri ifaçılığı” kafedrası tələbələrinin “Sarı simin lisanı” adlı konserti keçirilib. Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Yeni nəsil dəvət edir” adlı birgə layihəsi çərçivəsində həyata keçirib.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  "Musiqi sənəti" fakultəsinin "Xalq çalğı alətləri ifaçılığı" kafedrası tələbələrinin "Sarı simin lisanı" adlı konserti keçirilib.
Olaylar.az bildirir ki, tədbir  Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində  həyata  keçirib.
Konsertdə tələbələr Arif Məlikovun - "İki fraqment", Cahangir Cahangirovun -"Ana", "Aylı gecə", Qara Qarayevin - "Gözəllər gözəlinin portreti"("Yeddi gözel" baletindən), Ramiz Mirişlinin -"Tar ilə simfonik orkestr üçün konsert" II hissə "Andante", Vasif Adıgözəlovun -"Şuşam laylay", Həsən Rzayevin - "Cahargah rapsodiyası", Nikolay Lukavikin - "Macar çardaşı", Antonio Vivaldinin - "Yay", Rimski Korsakovun - "Arı uçuşu" əsərlərini  tarda ifa etmişdilər.
İfaçıları pianoda Aygün Səfərzadə müşayiət edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31