Mehriban Ələlkbərzadə “Çarəsiz sərnişinlər” in məşqlərinə başladı

Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib.

Azərbaycan Dövlət Musiqili Teatrında Bolqar yazıçısı Stanislav Stratiyevin "Avtobus" pyesi əsasında "Çarəsiz sərnişinlər" tamaşasının məşqlərinə start verilib.

Məşqdə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev iştirak edərək tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və yaradıcı heyəti ilə görüşüb, onlara bəzi tövsiyyələrini verib: "Bu əsər "Nuri-didə Ceyhun" tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq. Əvvəlki tamaşa teatr aləmində çox böyük əks-səda doğurdu və bizə uğur gətirdi. İnanıram ki, bu yeni tamaşa da auditoriyasına görə daha geniş miqyası əhatə edəcək. "Çarəsiz sərnişinlər"- artıq bu ad bizə çox şeyi deyir. Çarəsiz anlarda özümüzü necə apara biləcəyimiz isə vicdan məsələsidir. Ektremal şəraitə düşəndə bizlər - insanlar "mən" olaraq özümüzü tanıyırıqmı? Əlbəttə, yox... Elə bu baxımdan, tamaşanın psixoloji təsir gücünü indidən hiss edirəm, uğurlu alınacağına inanıram... Kollektivə uğurlar arzulayıram."

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Aydan Həsənova, Nicat Həbibov ifa edəcəklər. Tamaşanın musiqi tərtibatçısı və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31