Vaşinqtonda “Əbədi Ezamiyyət” filminin təqdimatı
ABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil edildi və bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, ziyafətdə 250 nəfərdən çox ABŞ-ın dövlət qurumları, Vaşinqtondakı diplomatik korpus, ictimai-siyasi xadimlər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədər silsilə tədbirlər çərçivəsində keçirilib.
10 Dekabr 2018 13:53 MədəniyyətABŞ-ın paytaxtında məşhur Hərbi Dəniz Qüvvələrinin Mərkəzində Azərbaycan Parlamentinin 100-ci ildönümü ilə əlaqədar ziyafət təşkil edildi və bu münasibətlə "Əbədi Ezamiyyət" sənədli filminin təqdimatı keçirilib. Olaylar.az bildirir ki, ziyafətdə 250 nəfərdən çox ABŞ-ın dövlət qurumları, Vaşinqtondakı diplomatik korpus, ictimai-siyasi xadimlər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Ziyafət Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədər silsilə tədbirlər çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri E.Süleymanov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk demokratik respublika olduğunu, həmin respublikanın bir çox sahələrdə, o cümlədən diplomatik uğurlar əldə etdiyini xatırladıb. Bu xüsusda, AXC Parlamentinin sədri, böyük ziyalı Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında fəaliyyətindən danışan səfir çətin şəraitə rəğmən Azərbaycanın de fakto müstəqilliyinin Müttəfiq dövlətlərin Şurası tərəfindən tanınmasına nail olduğunu vurğuladı.
Səfir həmçinin qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra onun ABŞ tərəfindən tanınması və diplomatik münasibətlər qurması bu günlərdə vəfat etmiş ABŞ-ın 41-ci prezidenti Corc Herbert Buşun rəhbərliyi dövründə baş verib.
Sənədli filmin ərsəyə gətirən bütün heyətə təşəkkürünü bildirən səfir əsərin baş prodüseri Arzu Əliyevaya, filmi hazırlayan Bakı Media Mərkəzinə və göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban Əliyevaya öz xüsusi minnətdarlığını ifadə etdi.
Daha sonra ABŞ Konqresində beynəlxalq konfransda iştirak üçün Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsinin sədri və Azərbaycan-ABŞ Dostluq Qrupunun rəhbəri Səməd Seyidov çıxış edib.
Sonda qonaqlar üçün "Əbədi Ezamiyyət" filmi nümayiş etdirildi.