"Özümü gözəl hesab etmirəm" - Oksana

"Mən özümü gözəl hesab etmirəm. Güzgüyə baxanda heç vaxt demirəm ki, gözələm". Axşam.az-ın məlumatına görə, bu sözləri "Qadına görə" verilişində qonaq olan rəqqasə Oksana Rəsulova olub. O, anasına çox vaxt ayıra bilməməkdən şikayətlənib: "Makiyaj edib efirə çıxanda başqa cür görünürəm. Onda özümü gözəl hesab edirəm. Hərdən özümə sual verirəm ki, bu gözəllik, şan-şöhrət nəyə lazımdır? 5 ildən sonra onlar yox olacaq. Yanımda nə bir insan, nə də övlad yoxdur. İndi hətta anama da vaxt ayıra bilmirəm. İşlərim o qədər çoxdur ki...".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31