Bakıda İrlandiyanın tanınmış qrupunun konserti keçiriləcək

Sabah Bakıda İrlandiyanın "Rhythm of the Dance" qrupunun konserti təqdim olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda keçirilən I Avropa Oyunları müddətində Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir. İyunun 26-də Heydər Əliyev Sarayında İrlandiyanın "Rhythm of the Dance" qrupunun konserti təqdim olunacaq. Dünyanın bir çox ölkələrində rəqslər təqdim edən qrup ənənəvi və müasir rəqsləri, eləcə də fərqli geyimləri ilə milyonlarla tamaşaçının rəğbətini qazanıb. Şouda canlı orkestr, üç tenor və 20-dən çox rəqqasın çıxışı gözlənilir. İrlandiyanın qədim rəqs ənənələrini yaşadan və onları müasir formada təqdim edən "Rhythm of the Dance" qrupunun konsert proqramı saat 19:00-da başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31