Azərinə xalq artisti adı verildi - SƏRƏNCAM
O, Daxili Qoşunların Hərbi Orkestrinin dirijorudur
25 İyun 2015 10:35 MədəniyyətPrezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ANS PRESS-in məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə aşağıdakı fəxri adlar verilib:
"Xalq artisti"
Tağıyeva Anaxanım Ehtibar qızı - baş leytenant
"Əməkdar mədəniyyət işçisi"
İmamquliyev Zöhrab Həmzə oğlu - polkovnik-leytenant
Bayramova Zəminə Məhəmməd qızı
"Əməkdar müəllim"
Həsənova Lalə Sadıq qızı
Məmmədov Bayram Heydər oğlu
"Əməkdar həkim"
Babayev Famil Əlikərəm oğlu - tibb xidməti polkovniki
Əliyev İbrahim Alxan oğlu - tibb xidməti polkovniki
İbrahimov Elxan Paşa oğlu - tibb xidməti polkovniki.
Qeyd edək ki, Anaxanım Tağıyeva Daxili Qoşunların Hərbi Orkestrinin dirijoru, daha çox Azərin kimi tanınan müğənidir.