Başından güllələnən müğənnidən son xəbər
"Bir neçə kəlmə də olsa danışmağa başlayıb"
24 İyun 2015 06:17 MədəniyyətTürkiyədə ötən ayın əvvəli başından vurulan məşhur musiqi yarışmasının iştirakçısının səhhətində xeyli irəliləyiş var.
ANS PRESS-in məlumatına görə, artıq bir aydır Qazi Yaşargil xəstəxanasında reanimasiyada müalicə görən gənc müğənni Mutlu Kaya palataya köçürülüb. Bu barədə onun həkimi danışıb.
"Mutlunun şüuru yerindədir, bir neçə kəlmə də olsa danışmağa başlayıb. Lakin uzun bir müalicə proseduruna ehtiyac var", - deyə həkim açıqlama verib.
Xatırladaq ki, Türkiyənin reytinqli televiziyalarından birində yayımlanan "Səsi çox gözəl" yarışmasında parlayan Mutlu Kaya adlı iştirakçı mayın 18-də yaşadığı evdə başından vurulub. Diyarbəkirdə məktəblərdən birinin bufetində işləyən 19 yaşlı Mutlu Kayanı Sibel Can İstanbula "Səsi çox gözəl" musiqi yarışmasında iştirak etmək üçün gətirmişdi.