"Mən bu mərasimlərdən pul qazanıram"
23 İyun 2015 20:32 MədəniyyətXalq artisti Fatma Mahmudova qazancından bəhs edib. Axşam.az xəbər verir ki, "Günə baxan" verilişinə qonaq olan aktrisa bunları deyib: "Xına mərasimlərinin təşkili ilə məşğul oluram. Aktrisalar arasında bu işi ilk dəfə Tünzalə Əliyeva edib. Daha sonra digər həmkarlarım başladı. Bu iş bizim qazanc yerimizdir. Mən də xına mərasimlərindən pul qazanıram. Bu adət aktyorlara maddi tərəfdən dəstəkdir".
F.Mahmudova göz-nəzərə inandığını da etiraf edib: "Mənə o qədər göz dəyir ki... Pis göz insana hər şey edir. Belə insanların daxili çirkindir. Elə göz dəydi deyə, xəstələndim, əməliyyat olundum. İndi çox arıqlamışam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31