Əməkdar artist: “Rüstəm İbrahimbəyova sonsuz nifrətim var”
22 İyun 2015 13:35 MədəniyyətƏməkdar artist Ağalar Bayramov Milli Şuranın keçmiş sədri, kinorejissor Rüstəm İbrahimbəyovun ermənilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. R. İbrahimbəyovu buna görə qınamadığını deyən A. Bayramov, əslində ondan bundan artığını gözləmədiyini də diqqətə çatdırıb: "Rüstəm müəllimi qınamıram. Çünki, Xocalıda atasının gözü qabağında zorlanan qızları öz qızı, işkəncədən naləsi göylərə bülənd olanları, Spitakda boruya doldurulub ağzı qaynaqlanan soydaşlarımızı öz övladı, ağaca bağlanılaraq yandırılan Təvəkkülü öz qardaşı hesab etməyəndən - vəzifəsindən, şöhrətindən asılı olmayaraq bundan artıq şey gözləmirəm. Bu hələ də dərk etmir ki, bu millət əsrlər boyu Rusiyadan çəkdiyini çəkib, hələ də dərk etmir ki, 1905, 1918-ci illərdə bunların bizə qarşı olan vəhşilikləri unutdurmağa çalışıblar. Bu hələ də başa düşmür ki, onların balayanları bu milləti bizə qarşı sonsuz nifrətə kökləyiblər və onlara heç zaman etibar yoxdur. Mənim kosmopalit düşüncəli adamlara həmişə nifrətim sonsuzdur. Millətinə olan alçaqlıqları ürəyinin süzgəcindən keçirməyi bacarmayıb, yalnız öz şöhrəti haqqında düşünəndən, "Bir cənub şəhərində" filmi vasitəsi ilə millətinə ikrah hissi ilə üstdən aşağı baxandan, "Səhranın ağ günəşi"ndə müsəlmanı bambılı yerinə qoyub, rusu göylərə qaldırandan nə desən gözləmək olardi. Bu da nəticəsi. Heç olmasa özünü "elit","ziyalı" sayan bu kosmopolit "Oskar" mükafatçısı fransızların "Köhnə tüfəng" filminə baxıb bir papağını qabağına qoyub düşünəydi, amma çətin ki, o bunu etsin. Dad belələrinin əlindən", - deyə A. Bayramov qeyd edib. Xatırladaq ki, Rüstəm İbrahimbəyov "The New Times"a müsahibəsində ermənilərlə azərbaycanlıların düşmən olmadığını, tezliklə barışacaqlarını deyib. O, həmçinin Krımın Ukraynanın yox, Rusiyanın ərazisi olduğunu iddia edib. ("OLAYLAR" İA)