Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq

Azərbaycan türkdilli ölkələrin incəsənət ustalarının konsertində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Afaq Abbasova-Budaqova iyunun 20-dən 27-dək Türkmənistanda TÜRKSOY-un xətti ilə keçiriləcək türkdilli ölkələrin incəsənət ustalarının konsertində iştirak edəcək.  Türk dünyasının ən məşhur vokal ustalarının çıxış edəcəyi konsertlər iyunun 23-də Marı, 25-də isə Türkmənabad şəhərində baş tutacaq. A.Abbasova-Budaqova konsertlərdə Türkmənistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Gülçöhrənin və Fikrət Əmirovun "Sevil" operasından Sevilin ariyalarını ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31