Flora Kərimova tamaşaçıları coşdurdu VIDEO

Aparıcı "Günəbaxan"ın efirində Flora Kərimovaya şeir həsr edib. Flora Kərimova ANS-in efirində tamaşaçıları coşdurub. Elgiz Əkbərin təqdimatında "Günə Baxan"ın efirinə qonaq olan xalq artisti Rəhim Rəhimlinin "Ay maşallah" mahnısı səsləndiriləndə rəqs edib. Onun bu rəqsi tamaşaçılara da xoş gəlib və zaldakılar Flora Kərimovanı böyük coşqu ilə alqışlayıblar. Qeyd edək ki, xalq artisti Flora Kərimova bir neçə gün sonra - iyulun 23-də ad gününü qeyd edəcək. Verilişdə maraqlı məqamlardan biri də aparıcı Zaur Nəbioğlunun Flora Kərimovaya şeir həsr etməsi olub. "Günə Baxan"ın efirindəki həmin maraqlı anları oxuculara təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31