Bakının teatrlarında tamaşalar əcnəbilər üçün tərcümə olunur

Avropa Oyunlarının keçirildiyi günlərdə turistlərin teatra gedəcəkləri də nəzərə alınıb

Bu il teatr mövsümü iyunun 29-u başa çatacaq. Buna səbəb I Avropa Oyunlarının keçirildiyi günlərdə turistlərin mədəniyyət ocaqlarına qonaq gələcəyinin nəzərə alınmasıdır.

Onların nümayiş olunan tamaşaları başa düşə bilmələri üçün də müəyyən addımlar atılıb. Belə ki, əcnəbilərə tamaşalar tərcümə ilə təqdim olunur. Tamaşa ingilis dilinə tərcümə edilir. Rus dilli turistlərin yanında isə tərcüməçilər əyləşir.

"Tamaşa pantonimo üslubundadır. Burda yalnız danışan mənəm. Rəsul Rzanın şerini söyləyirəm. Məhz səhnənin yuxarı hissəsində xüsusi olaraq quraşdırılmış avadanlıq vasitəsilə mənim dediklərim tərcümə olunur. Əminəm ki, bu avadanlığın köməyi ilə əcnəbilər mənim dedyimi başa düşəcəklər", - deyə teatr rejissoru Nicat Kazımov bildirib.

Teatr rəhbərliyindən bildiririldi ki, tamaşalar əsasən axşam vaxtı saat 19.00-dan başlayır. Yalnız bazar günü istisna olmaqla hər gün mədəniyyət ocağına baş çəkərək mənəvi zövq almaq mümkündür.

Teatrın mətbuat xidmətinin rəhbəri Hüsniyyə Musaquliyeva deyir ki, Gənc Tamaşıcalar Teatrı iyunun 12-dən bu ayın sonuna qədər 18 tamaşanı əcnəbi qonqlara, eləcə də şəhər sakinlərinə təqdim etməyə hazırlaşır.

Mədəniyyət və turizm nazirliyinin şöbə müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, Azərbaycana gələn idmançılar və qonaqların buradan xoş təəssüratla ayrılması məqsədilə tək bir tetarda deyil, bir neçə mədəniyyət ocağında göstəriləcək tamaşalar rus və ingilis dillərində tərcümə ilə nümayiş olunacaq:

"Oyunlar zamanı teatrların bütün repertuarı təsdiq olunub. Artıq 4 teatrda xüsusi avadanlıqlar quraşdırılıb. Dövlət Akademik Milli Dram teatrı, Dövlət Musiqili teatrı, Azərbayca Dövlət Rus Dram teatrı və Gənc Tamaşıcalar teatrında tərcümələr həyata keçiriləcək ".

Şöbə müdiri onu da vurğuladı ki, teatrlardan başqa muzeylərdə də gücləndirilmiş iş rejiminə keçiblər. Bu məqsdələ muzeylər fəailiyyətlərini axşam saat 10-dək davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31