Xoşqədəm və Doğuş villa axtarışına çıxdı

Cütlük İstanbulda qalmaq üçün ev istəyir. Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı və əri Doğuş ev axtarışına başladılar. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, tanınmış müğənni yeni albomu üzərində iş bitər-bitməz həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə İstanbula gedib. Azərbaycanın paytaxtı Bakıda yaşayan Doğuş İstanbulda da qalmaq üçün villa axtarışına başlayıb. Yeni albomdan sonra Doğuş ilə həyat yoldaşının tez-tez İstanbul və Bakıya gedib-gələcəyi gözlənilir. Xatırladaq ki, Xoşqədəm Hidayətqızı ANS televiziyasında iki verilişin aparıcısıdır. Bunlar "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən"dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31