Məşhur müğənnidən etiraf: "Mələyimsən" VIDEO

Məşhur estrada müğənnisi Emil Bədəlovun yaradıcılığında yenilik var. Müğənni isti yay günlərində ritmik mahnı üzə çıxardıb. "Mələyimsən" adlı yeni işin söz və musiqisi Pərviz Sabirabadlıya aranjemanı Rabil, düzənləmə Cavid Cavadoğlu, ideya müəllifi Azər Kərimovdur. Emil sözügedən mahnıya gələcəkdə klip çəkdirməyi də düşünür: "Hər dəfə mahnını dinlədikcə onun xit olacağına bir az da ümid edirəm. Fikrimcə tamaşaçılarım, dinləyicilərim də "Mələyimsən"i ən az mən qədər sevəcəklər". Adıçəkilən mahnını aşağıdakı linkdə dinləyə bilərsiniz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31